Abşeronda əxlaqsızlıq yuvası saxlayan qardaşların məhkəməsi başladı




Bakı Ağır Cinayətlər Məhkəməsində əxlaqsızlıq yuvası saxlamaqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Qabil Ramazanov, onun qardaşı Habil Ramazanov və Yalçın Əzimlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.



Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirlib. Məhkəmə baxışı sentyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, istintaq orqanı tərəfindən Qabil Ramazanovun barəsində Cinayət Məcəlləsinin 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvaları saxlama) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

Digər iki təqsirləndirilən Habil Ramazanov və Yalçın Əzimovun barəsində isə Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə ittiham verilib.

Qabil Ramazanov, Habil Ramazanov və Yalçın Əzimovun saxlanılması üçün əməliyyat Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilib.

Abşeron rayonunda yerləşən “Pəhləvan” kafesində keçirilən əməliyyat nəticəsində məlum olub ki, orada xüsusi hazırlanmış otaqlarda qadınlar kişi müştərilərə pul müqabilində intim xidmət göstəriblər.

Həmin kafeni işlədən Qabil Ramazanov, qardaşı Habil Ramazanov və Yalçın Əzimov həmin obyektdə əxlaqsızlıq yuvası təşkil etməklə qazanc əldə etdikləri üzə çıxıb.

Bundan başqa, həbs olunan zaman Qabil Ramazanovdan külli miqdarda narkotik vasitə aşkar olunub. (Virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu