Bakıda Çərçivə Konvensiyasının VI Tərəflər Konfransına hazırlıq görüşü keçirilir




Bakıda Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının VI Tərəflər Konfransına hazırlıq komitəsinin görüşü keçirilir.

Görüşlə bağlı jurnalistlərə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadənin sözlərinə görə, tədbirin keçirilməsində məqsəd 6-8 noyabr tarixlərində Bakıda keçiriləcək Konvensiyanın Tərəflər Konfransına sənədlərin razılaşdırılması və təqdim edilməsi üçün hazırlanmasıdır: “Konvensiyanın tərəfləri, yəni bütün 5 Xəzəryanı ölkənin səlahiyyətli nümayəndələri bu tədbirdə iştirak edirlər. Tədbir 5 gün davam edəcək. Konvensiyanın məqsədi Xəzər dənizinin ətraf mühitinin və biomüxtəlifliyinin mühafizəsi, dənizin çirklənmədən qorunması və s. istiqamətlərdə Xəzəryanı ölkələrin əməkdaşlıq çərçivəsini müəyyən edir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu