Anasını və qardaşını yandıran şəxsə 18 il həbs cəzası




Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Bakı şəhər sakini, 27 yaşlı Vitali Kolosovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Prosesdə hökm oxunub. Hökmə əsasən, V.Kolosov 18 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət hadisəsi ötən il iyunun 22-də gecə saat 00:55-də Bakının Xəzər rayonunda baş verib. Belə ki, həmin gün rayonun Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın qeydə alınıb. Yanğın nəticəsində 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onların hər ikisi Respublika Yanıq Mərkəzinə aparılıb. Lakin iyunun 24-də V.Soloveykin aldığı ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib. Araşdırmalar zamanı məlum olub ki, Soloveykin ailənin böyük oğlu, 1993-cü il təvəllüdlü Kolosov Vitali Vladimiroviç doğmaları yatarkən evin hər yerinə benzin tökərək ona od vurub.(virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu