Azərbaycanda 622689 hektar sahədə payızlıq əkinlər üşün şum aparılıb




Azərbaycanda payızlıq əkinlər üçün şum prosesi davam edir. Ümumilikdə bu il 1047136 hektar sahədə payızlıq şum proqnozlaşdırılır.



Kənd Təsərrüfatı Nazirliyindən AFN-ə verilən məlumata görə, sentyabrın 18-dək 622689 hektar sahədə şum aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 196493 hektar artıqdır. Artıq ölkə üzrə payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 59,5 faizi şumlanıb.

Ümumilikdə şum prosesinə 2350 traktor cəlb olunub. Ağcabədi rayonunda payızlıq əkin şumu tam yekunlaşıb, rayon ərazisində 29175 hektar sahədə şum aparılıb. Füzuli (95,7%), Xocavənd (92,9%), Salyan (92,1%), Bərdə (89,9%), Qobustan (89,9%), Oğuz (88,8%), Kürdəmir (88,5%), İmişli (87,8%), Goranboy (85,5%), Ağstafa (84,2%), Sabirabad (82,6%), Şəmkir (82,5%) rayonlarında şum prosesinin yaxın günlərdə yekunlaşacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu