Bu marşrut xəttində avtobuslar yenilənib




39 nömrəli müntəzəm marşrut üzrə sərnişinlərə müasir İsuzu markalı avtobuslarla xidmət göstəriləcək.



Bakı Nəqliyyat Agentliyindən AFN-ə verilən məlumata görə, xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən “Kral Tranport” MMC tərəfindən 10 ədəd yeni sərnişin avtobusları gətirilib.

“İsuzu Citibus” markalı avtobuslar "Avro 5" standartlarına cavab verməklə yanaşı, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Onu da qeyd edək ki, avtobus parkının yenilənməsi işləri çərçivəsində ölkə başçısının müvafiq sərəncamına əsasən, paytaxta 300 nəqliyyat vasitəsi gətiriləcək. Artıq avtobusların müəyyən hissəsi Bakı şəhərindədir. Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu