Bu gün Azәrbaycan vә Ermәnistan XİN başçıları görüşәcәk




Bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək.



Görüşün ATƏT-in Minsk Qrupu həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən gün xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu