Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edilib
Azərbaycanda sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğ etməsini əks etdirən videogörüntü yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Nəticədə narkotiki təbliğ edənin Rafiq Qulizadə olması müəyyən edilmiş və saxlanılmışdır. Onun üzərində aparılmış şəxsi axtarış zamanı 0, 335 qram marixuana aşkar edilib.
Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilmişdir. O, Məhkəmənin qərarı ilə 29 sutka müddətində inzibati qaydada həbs edilib.