Dövlət Məşğulluq Xidmətinin zona müşavirəsi keçirilib




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Göyçay Dövlət Regional Peşə Təhsili Mərkəzində zona müşavirəsi keçirilib. Müşavirədə Dövlət Məşğulluq Xidmətinin nümayəndələri və 34 rayonun məşğulluq mərkəzlərinin direktorları iştirak edib.



AFN-in xəbərinə görə, müşavirə məşğulluğa dair yeni qəbul olunmuş normativ-hüquqi sənədlərin icrası, işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb olunması sahəsində görülən işlərin gücləndirilməsi, sığorta ödənişlərinin təyin edilməsi, fərdi məşğulluq proqramlarının tərtib olunması və Məşğulluq Altsisteminin (MAS) fəaliyyəti ilə əlaqədar şəhər, rayon Məşğulluq Mərkəzlərinin direktorlarına zəruri metodiki tövsiyələrin verilməsi məqsədilə keçirilib.

Müşavirədə peşə hazırlığı kurslarının təşkili sahəsində Heydər Əliyev Mərkəzləri, Gənclər Evi/Gənclər Mərkəzləri ilə əməkdaşlıq edilməsi, həmçinin peşəyönümü işinin səmərəliliyinin artırılması və bu sahədə təhsil şöbələri və orta ümumtəhsil məktəbləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi kimi məsələlər müzakirə edilib.

Məşğulluq Altsisteminin (MAS) fəaliyyəti barədə təqdimatlar edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu