Cəsarət Valehov Təhsil Nazirliyindən ayrılıb




Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun təhsili ilə bağlı ABŞ-a köçməsi, bu səbəbdən də nazirlikdəki vəzifəsindən ayrılması ilə bağlı məlumat yayılıb.



Xəbəri dəqiqləşdirmək üçün qurumla əlaqə saxladıq. Nazirliyin Məlumat Mərkəzi informasiyanı qismən təsdiqlədi: "C.Valehov işdə deyil, onun səlahiyyətləri eyni şöbənin işçisi Büllurə Hacızadəyə tapşırılıb. B.Hacızadə hazırda İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsini icra edir. C.Valehovun yenidən işinə qayıdıb-qayıtmayacağ ilə bağlı məlumatımız yoxdur".

Adının açıqlanmasını istəməyən nazirlik əməkdaşının AFN-ə bildirdiyinə görə, Billurə Hacızadə C.Valehovu müvəqqəti əvəz edir: "Cəsarət Valehov xaricdə təhsili bitəndən sonra yenidən işinə qayıdaraq, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə davam edəcək".

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu