BDU-da növbəti kadr dəyişikliyi
Bakı Dövlət Universitetində növbəti kadr dəyişikliyi aparılıb.
Universitetin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri Əliş Çoban oğlu Ağamirzəyev Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin edilib.
Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinə isə Şahin Məhəmməd oğlu Pənahov təyinat alıb.
Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova isə universitetin Xarici dillər kafedrasında pedaqoji fəaliyyətini davam etdirmək məqsədilə öz arzusu əsasında tutduğu vəzifədən azad olunub.