Vətəndaşlar banklarla MBNP arasında qalıb - ekspert narazılıq etdi




"Banklarda hesab üzrə əməliyyatlarda köhnə problemlər hələ də qalmaqdadır. Bu problemlər özünü məhdudlaşdırmalarda (hesabdan hesaba, kartdan-karta və s.), ehtiyac olmadığı halda vergiyə cəlb edilmələrdə (məsələn, 1%-lik vergi) özünü göstərir".



AFN xəbər verir ki, belə bir açıqlama ilə iqtisadçı ekspert Samir Əliyev çıxış edib. Onun sözlərinə görə, banklara şikayət edildikdə səbəbkar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Vergilər Nazirliyini (o cümlədən Maliyyə Monitorinq Xidməti) göstərilir: "Adı çəkilən qurumlardan soruşursan belə göstəriş və ya tövsiyə vermədiklərini əsas gətirərək bu halları bankların öz təşəbbüsü adlandırır. Bu halda kimin haqlı olduğunu müəyyən etmək mümkün olmur, nəticədə müştərilər əziyyət çəkirlər. Ona görə də fikrimcə, ictimai müzakirə (dəyirmi masa) keçirilməsi məqsədəuyğun olardı. Tədbirdə bir tərəfdə MBNP və Vergilər Nazirliyi, digər tərəfdə Azərbaycan Banklar Assosiasiyası və banklar, üçüncü tərəfdə isə Sahibkarlar Konfederasiyası və sahibkarlar, müstəqil ekspertlər iştirak etməlidir. Üçtərəfli müzakirə vasitəsilə problemləri ortaya çıxarıb mövcud problemləri aradan qaldırmaq olar".

Ekspertin məsələ ilə bağlı fikirlərinə Maliyyə Bazarlarına Nəzarət Palatasından reaksiya gəlib. Palatanın mətbuat ictimaiyyətlə əlaqələr sözçüsü Elşən Allahverdiyev bildirib ki, belə bir müzakirənin keçirilməsi nəzərdə tutulur: " O ki qaldı, qeyd edirlən problemlərə, mümkündürsə bu kimi hallarda Palataya, 966 Çağrı mərkəzinə müraciət edilsin ki, dərhal məsələ tərəfimizdən araşdırılsın".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu