Qənirə Paşayeva Özbəkistan baş nazirinin müavini ilə Qarabağdan danışıb - FOTOLAR




Millət vəkili Qənirə Paşayevanın Özbəkistan Baş nazirin müavini, Qadın Komitəsinin sədri Elmira Basitxanova və bu ölkənin fəal qadınları ilə görüşüb.



Özbəkistan Qadın Komitəsində bu ölkənin fəal qadınlarının iştirakı ilə millət vəkili Q.Paşayeya ilə görüş keçirilib. Özbəkistan Baş nazirin müavini, Qadın Komitəsinin sədri Elmira Basitxanova millət vəkili Q.Paşayevanı salamlayaraq qardaş Azərbaycanla əməkdaşlığın getdikcə artmasında çox maraqlıyıq, dövlət başçımızın siyasətində də bu məsələyə böyük önəm verilir və inanırıq ki əməkdaşlığımızın daha da genişlənməsində Özbəkistan və Azərbaycan qadınları çox fəal olacaqlar deyib və millət vəkili Q.Paşayevanın Özbəkistana münasibəti, beynəlxalq tədbirlərdə Özbəkistanla bağlı mövqeyi və iki qardaş ölkə arasında münasibətlərin daha da inkişafına xidmət edən çalışmalarını xüsusi vurğulayıb. Millət vəkili Qənirə Paşayeva Azərbaycan-Özbəkistan qardaşlığı, dostluğunun keçmişi, by günü və gələcək prespektivləri, ölkəmizin tarixi, mədəniyyəti, iqtisadi inkişafı haqqında məlumat verib. Millət vəkili Q.Paşayeva Özbəkistan Baş nazirin müavini, Qadın Komitəsinin sədri Elmira Basitxanova və bu ölkənin fəal qadınlarına ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, eyni zamanda Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi faktı barədə ətraflı məlumatlar verib. Millət vəkili deyib ki, bu məsələdə Özbəkistanın Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb, bu mövqeyə görə Özbəkistanın rəhbərliyinə minnətdarlıq edib və inanırıq ki, bundan sonra da qardaş Özbəkistan hər zaman Azərbaycanın yanında olacaq və Qarabağ məsələsində Azərbaycana dəstəyini daha da artıracaq. Azərbaycan da hər zaman qardaş Özbəkistanın yanındadır deyən millət vəkili Qənirə Paşayeva iki qardaş ölkə arasında münasibətlərin daha da inkişafında qadın təşkilatlarının, fəal qadınların da üzərinə böyük işlər düşdüyünü vurğulayıb, özəlliklə gənc nəsillərimizin bir-birini daha yaxından tanımasına, qadın təşkilatlarımız, fəal qadınlarımız arasında ortaq layihələrin artmasının vacibliyini xüsusi vurğulayıb.

Millət vəkili Q.Paşayeva Özbəkistan Baş nazirin müavini, Qadın Komitəsinin sədri Elmira Basitxanova və bu ölkənin fəal qadınlarını ölkəmizə dəvət edib. Azərbaycanla daha çox ortaq layihələr və işlərə görməyə çox maraqlıyıq deyən Özbəkistan Baş nazirin müavini, Qadın Komitəsinin sədri Elmira Basitxanova və bu ölkənin fəal qadınları Q.Paşayevanın Azərbaycana dəvət təklifini də böyük məmnuniyyətlə qəbul edərək qardaş Azərbaycanı daha yaxından tanımaqdan və əməkdaşlığımızın daha da inkişafı istiqamətində müzakirələrdən böyük məmnuniyyət duyarıq deyiblər. Görüş zamanı Özbəkistan qadınlarının cəmiyyətin həyatında aktov rolu, həyata keçirilən işlər varədə geniş məlumatlar verilib, tanınmış qadınlar çıxış edərək iki qardaş ölkə qadınları arasında əməkdaşlığın daha da artmasının vacibliyini xüsusi vurğulayıblar. Görüşün sonunda Özbəkistan Baş nazirin müavini, Qadın Komitəsinin sədri Elmira Basitxanova millət vəkili Q.Paşayevaya təşəkkürnamə təqdim edib. Millət vəkili Qənirə Paşayeva Özbəkistan Baş nazirin müavini, Qadın Komitəsinin sədri Elmira Basitxanova və bu ölkənin fəal qadınlarına Azərbaycan tarixi və mədəniyyətinə dair materiallar təqdim edib.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu