ABŞ səfirliyi Qrin Kartla bağlı xəbərdarlıq etdi




ABŞ-ın Azərbaycandakı Səfirliyi Qrin Kart Viza proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib.



Səfirikdən verilən məlumata görə, bu cür saxta elektron poçt və məktubların müəllifləri Qrin Kart proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər.

"Bundan əlavə, yerli viza təşkilatları, Qrin Kart proqramınına daxil etmək məqsədi ilə, Sizə şəxsi məlumatları vermək üçün müraciət edə bilər. Bu təşkilatlar yalnız öz maraqlarını güdür. ABŞ səfirliyi heç bir yerli "Greencard" təşkilatı ilə çalışmır və ya dəstək göstərmir.

Yalnız rəsmi Dövlət Departamentinin saytı vasitəsilə heç kimə ödəniş ödəmədən ərizəni göndərə bilərsiniz:
https://www.dvlottery.state.gov/?fbclid=IwAR369sZ2wdom_k3JR1UsH93tju8O6gihOad9uoPHi-90vB_k6_B90z30eB4



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu