Testi Azərbaycana Elçibəy gətirib - Pənah Hüseyn sabiq nazirin dediklərini inkar etdi




“Sabiq Təhsil naziri Firudin Cəlilovla prezident Elçibəy arasında bu məsələdə anlaşılmazlığın olmağı haqqında məsələ mənə məlum deyil”.



Bu sözləri Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn keçmiş təhsil naziri Firudin Cəlilovun test üsuluna Elçibəyin razı olmadığı iddiasına cavab verərkən qeyd edib. Qəbulun test üsulu ilə keçirilməsinin əsasən Tələbə Qəbul Komissiyasının üzərinə düşdüyünü xatırladan keçmiş baş nazir bildirib ki, Tələbə Qəbulu Komissiyası da birbaşa prezidentə tabe idi. Buna görə də test üsulunun qəbulunda Firudin Cəlilovun da müəyyən rolu olub. Faktiki olaraq məsələ budur: “Keçmiş təhsil naziri Firudin Cəlilovla prezident Elçibəy arasında bu məsələdə anlaşılmazlığın olmağı haqqında məsələ mənə məlum deyil. Tələbə Qəbul Komissiyasının yaradılması və ölkədə qəbul imtahanının test üsulu ilə keçirilməsi Əbülfəz Elçibəyin təşəbbüsüdür. Əbülfəz Elçibəyin qəbulun testlə keçirilməsində nümunə olaraq həmişə Türkiyə modelini əsas götürürdü. Həmçinin bu məsələ Əbülfəz Elçibəyin prezidentlik platformasında, çıxışlarında da öz əskini tapmışdı.

Onu da qeyd edim ki, Vurğun Əyyubun rəhbərliyi ilə və AXCP-nin təşkilatçılığı ilə 50 nəfər Azərbaycandan Türkiyə universitetlərinə tələbə göndərməsi zamanı da bu məsələ müzakirə olunmuşdu. Firudin Cəlilov təhsil naziri göndərildikdən sonra qəbul məsələsinin testlə keçirilməsi məsələsində fəal şəkildə iştirak edib. Hətta Vurğun Əyyubun həmin komissiyaya sədrlik namizədliyini Firudin Cəlilov irəli sürüb.

Qəbulun test üsulu ilə keçirilməsi əsasən Tələbə Qəbul Komissiyasının üzərinə düşürdü. Tələbə Qəbul Komissiyası da birbaşa prezidentə tabe idi. Buna görə də test üsulunun qəbulunda Firudin Cəlilovun da müəyyən rolu olub. Faktiki olaraq məsələ budur.

Elçibəyin test üsuluna narazı olması tamamilə həqiqətə uyğun olmayan məsələdir. Testlə qəbul sistemi birbaşa Elçibəyin özünün ideyasıdır. Bir daha qeyd edim ki, Elçibəy prezident olmamışdan əvvəl də test üsulu onun çıxışlarında öz əksini tapırdı. Elçibəy test üsuluna keçməklə o sahədə olan korrupsiyanı aradan qaldırdı”. (PİA.az)

Qeyd edək ki, sabiq təhsil naziri F.Cəlilov bu gün mediaya müsahibəsində text üsulunun Azərbaycana gətirilməsi ideyasının ona məxsus olduğunu deyib. O, P.Hüseyn, Arif Hacılı və İxtiyar Şirini bu həqiqətləri bilib danışmamaqda da suçlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu