Daha 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək




Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, güzəştli şərtlərlə səyyar satışına başlanılıb.



Mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı Göyçay, Zərdab, Kürdəmir, Qusar, Xaçmaz, Şabran, Quba, Balakən, Qax və Şəkidə təşkil ediləcək. Səyyar satışlar oktyabrın 15-də Göyçayın Qarabaqqal, Qusarın Yasaqoba, Şəkinin Bollu kəndində, oktyabrın 16-da Göyçayın Alpout, Qusarın Şirvanovka, Şəkinin Böyükdəhnə kəndində, oktyabrın 17-də Zərdabın Pərvanlı, Xaçmazın Dədəli, Balakənin İtitala kəndində, oktyabrın 18-də Zərdabın Qoruqbağı, Şabranın Uzun Boyad, Balakənin Kor tala kəndində, oktyabrın 19-da Kürdəmirin Köhünlü, Qubanın Hacı Hüseynli, Qaxın Zəyəm kəndində həyata keçiriləcək.

Həmçinin ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu