“İstedArt” layihəsi çərçivəsində uşaqlar üçün sənət dərsləri açılır
Müxtəlif internat məktəbləri, sağlamlıq imkanlari məhdud və daun sindromundan əziyyət çəkən uşaqlar üçün sənət dərsləri açılır.
Heydər Əliyev Fondunun təşəbbüsü və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İstedArt” layihəsi çərçivəsində uşaqlar rəssamlıq, heykəltəraşlıq, keramika və qrafika sənəti üzrə 9 ay ərzində idarənin vəsaiti hesabına dərs alacaqlar.
Açılış mərasimi bu gün saat 15:00 da Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində baş tutacaq.
Hər birimizin dəstəyinə ehtiyacı olan uşaqların bu layihəyə cəlb olunmasında məqsəd nəsildən-nəslə ötürülən sənət növlərini qoruyub saxlamaq, əqli zəifliyi olan uşaqları incəsənət nümunələri ilə tanış etmək, onları ruhlandırmaq, gələcək həyat yolunda peşə seçimində yardım etməkdən ibarətdir.