Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI
Səhiyyə naziri Oqtay Şirəliyev vəzifəsindən azad olunacaq.
Bu barədə Gununsesi.org-a Səhiyyə Nazirliyindəki mənbədən məlumat daxil olub.
Xəbərə görə, dünən Prezident Administrasiyasına çağrılan nazir bu gündən etibarən məzuniyyətə çıxıb. Oqtay Şirəliyevin ilk məzuniyyət günü iş otağındakı şəxsi əşyalarının daşınması da diqqəti çəkib.
Nazirin artıq geri dönməyəcəyi barədə fikir qətiləşib.
Qeyd edək ki, yeni baş nazir təyinatından sonra Gununsesi.org bəzi hökumət üzvlərinin də yola salınacağını yazmışdı.