ƏMDK rəhbərliyinin Naftalan və Göygöldə keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Naftalan şəhəri, Göygöl və Goranboy rayonlarında vətəndaş qəbulu keçirəcəkdir.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və sədr müavini Rafiq Cəlilov tərəfindən 25 oktyabr tarixində keçiriləcək vətəndaş qəbullarının vaxtı dəyişdirilib. Komitə sədri 28 oktyabr 2019-cu il tarixində Naftalan şəhərində vətəndaşları fərdi qaydada qəbul edəcək. Vətəndaş qəbulu saat 11:00-da Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Həmin gün Komitənin sədr müavini Rafiq Cəlilov Göygöl rayonunda vətəndaşlarla görüşəcək. Qeyd etmək lazımdır ki, Komitə sədrinin müavini Rüstəm Şahbazov tərəfindən 23 oktyabr tarixində Goranboy rayonunda vətəndaş qəbulu keçiriləcəkdir. Komitənin sədr müavinləri tərəfindən keçiriləcək qəbullar saat 11:00-da müvafiq olaraq Göygöl və Goranboy rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərində baş tutacaqdır.
Qəbul zamanı komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.
Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)
Əlaqədar şəxs: Samir Salıfov 050 800 50 65
Əmlak Məsələləri Dövlət Komitəsinin Bərdə və Gəncə ərazi şöbəsi:
(02020) 5-27-77, (022) 256-87-57
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və 3 saylı
Gəncə Ərazi İdarəsi:
(02020) 5-56-05, (022) 265-08-69