Cari ildə ƏƏSMN-in bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan reabilitasiya müəssisələrində cari ilin 9 ayı ərzində bu kateqoriyadan olan 1874 uşağa reabilitasiya xidmətləri göstərilib.



Belə ki, həmin dövr ərzində nazirliyin Uşaq Bərpa Mərkəzində 1543 uşaq stasionar və ambulator şəraitdə bərpa müalicəsi prosedurlarına cəlb olunub. Müəssisədə sağlamlıq imkanları məhdud uşaqlar tədris metodikaları əsasında tədris-peşə yönümlü, sosial yanaşma əsaslı reabilitasiya tədbirləri ilə də əhatə ediliblər. Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində isə 331 sağlamlıq imkanları məhdud uşaq ambulator şəraitdə reabilitasiya kursları keçiblər.

Hər iki müəssisədə uşaqlara müxtəlif fizioterapevtik prosedurlarla yanaşı, peşəkar psixoloq, loqoped, art-terapevt və s. xidmətləri də göstərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu