Qənirə Paşayeva MM-də uşaq hüquqları ilə bağlı müvafiq qurumlara çağırış edib - VİDEO




Millət vəkili Qənirə Paşayeva MM-də ailələrin və uşaq təşkilatlarının uşaq hüquqları ilə bağlı qaldırdığı bir sıra təklifləri səsləndirib və müvafiq qurumları ciddi addımlar atmağa çağırıb.



Bu gün MM-də çıxış edən millət vəkili Q. Paşayeva 18 yaşına çatmamış uşaqlar arasında qumar oyunlarına artan maraq və bu oyunlardan istifadə edən uşaqların sayının getdikcə artması barədə ciddi narahatlıq doğuran problem barədə danışıb və ailələr uşaqlarını qumar oyunları bəlasından qorumaq üçün dövlət və qeyri-hökümət təşkilatlarından, KİV-dən, bizim hamımızdan​ daha çox dəstək gözləyir deyib. Millət vəkili Q. Paşayeva bu problemin getdikcə daha da artması və yaratdığı faciələrin ciddi narahatlıq doğurduğunu​ və​ təcili,önəmli addımlar atılmalıdır deyib. Millət vəkili Q. Paşayeva bildirib ki, uşaqları zərərli vərdişlərdən qorumaq üçün qəbul edilən qanunların həyata keçirilməsi üçün üzərinə məsuliyyət düşən təşkilatlar ciddi çalışmalıdırlar. Təəssüf ki, bir sıra qanunların yerinə yetirilməsində ciddi problemlər var deyən millət vəkili Q. Paşayeva 18 yaşına çatmayan uşaqlara bu gün də demək olar ki, hər yerdə tütün məhsullarının, spirtli içkilərin satıldığını, məktəblərə çox yaxın ərazilərdə tütün məhsullarının rahatlıqla satıldığını deyib və bu hamımızı ciddi narahat etməlidir çağırışını səsləndirib. Bu məsələlərin hamısı qanunla qadağandır deyən millət vəkili Q. Paşayeva bu istiqamətdə qanunların həyata keçməsinə məsuliyyət daşıyan qurumları ciddi addımlar atmağa çağırıb. Millət vəkili Q. Paşayeva uşaqlar arasında energetik içkilərə artan maraq və bu içkilərdən istifadə edən uşaqların sayının artmasının da ciddi narahatlıq doğurduğunu deyib. Uşaqlarımızın sağlamlığını qorumaq üçün bu istiqamətdə də addımlar atılmalıdır. 18 yaşına çatmayan uşaqlara bu içkilərin satılmasının qadağan edilməsi, bu içkilərin uşaqlara zərəri barədə geniş maarifləndirmə işləri, uşaqların televiziyaya baxdığı saatlarda bu içkilərin reklamının qadağan edilməsi və s. kimi məsələlərin də öz həllini tapması lazımdır. Biz indi uşaqları zərərli informasiyalardan qorumaq üçün qanunlarımızda yeni əlavələri qəbul edirik. Bunlar çox önəmli məsələlərdir. Amma bu qanunlar yerinə yetirilməlidir və onun yerinə yetirilməsinə məsuliyyət daşıyan qurumlar fəal olmalıdırlar. Əgər qəbul olunan qanunlar yüksək səviyyədə yerinə yetirilməzsə biz uşaqlarımızı nə zərərli informasiyalardan, nə də zərərli vərdiş və təsirlərdən lazımi qədər qoruya bilmərik. Ona görə uşaqlarımızın hüquqlarının qorunması istiqamətində bütün cəmiyyət olaraq birlikdə daha fəal addımlar atmalıyıq. Bu sadəcə ailələrin məsuliyyəti olmamalıdır.

Millət vəkili Qənirə Paşayevanın çıxışını təqdim edirik:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu