“Müğənnilər qoşa yaranıb, təkcə Xumardan başqa...” - Ramiz Rövşən




“İnsan proqramlaşmış kainatdır. Allahdan başqa hər şey qoşadır. Qəribədir ki, Allah hər şeyi qoşa yaradıb. Və Azərbaycan müğənnilərini də qoşa yaradıb”.



“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq şairi Ramiz Rövşən Əməkdar artist Xumar Xədimovanın “Neylərəm” qəzəli haqda danışarkən bildirib. R. Rövşən müğənnini digər incənət nümayəndələrinə fərqli olduğunu qeyd edib:

“Siz bir Azərbaycan ifaçılarına nəzər yetirsəniz görəcəksiniz ki, gündüz və gecə, şuxluq və kədər bizim ifaçılıq sənətində vardır. Misal üçün Rübabə Muradova, Şövkət Ələkbərova, Flora Kərimova, Zeynəb Xanlarova. Bunlar bir-birini tamamlayan sənətçilərdir. Amma çox nadir hallarda həm kədər, həm də şux ovqatlı ifa bir müğənnidə təccəssüm olunur. Xumar xanım həmin müğənnilərdəndir. Onun səsində həm Rübabə Muradovanın kədəri, həm də Zeynəb Xanlarovanın şuxluğu var”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu