APOEL - "Qarabağ" oyununun hakimləri məlum oldu




Avropa Liqasının IV turunun hakim təyinatları açıqlanıb.



APA -nın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın APOEL-lə Kiprdəki oyunu avstriyalı hakimlərə tapşırılıb.

Noyabrın 7-dəki matçın baş hakimi Manuel Şuttenqruber olacaq. Ona Roland Brandner və Robert Steynaşer kömək edəcək. Dördüncü hakim funksiyası Kristofer Yager yerinə yetirəcək.

Hakim-inspektor Georgios Bikas (Yunanıstan), UEFA nümayəndəsi Ariel Kennet Şeyman (İsrail) olacaq.

Qeyd edək ki, Nikosiyasnın GSP stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu