ABŞ Senatında “erməni soyqırımı” qətnaməsinə baxılması bloklandı: Ərdoğanla görüşdən sonra




ABŞ Senatı Hüquq Komitəsinin sədri Lindsi Qrem Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Osmanlı İmperiyasında qondarma erməni soyqırımını tanıyan qətnamənin yuxarı palatada baxılmasını bloklayıb.



Virtualaz.org bildirir ki, Qrem, senatorun bütün palata tərəfindən qəbul olunan qətnaməni blok edə bilmək hüququndan istifadə edib.

“Mən elə indicə Prezident Ərdoğanla görüşdüm. Ümid edirəm ki, Türkiyə və Ermənistan birlikdə bu problemi həll edə biləcəklər",-deyə senator vurğulayıb.

Lindsi Qrem onu da əlavə edib ki, qətnaməni keçmişə deyil, gələcəyə görə bloklayır. Bundan əvvəl demokrat senator Bob Menendez onu Senatda nəzərdən keçirməyi təklif etmişdi.

Xatırladaq kı, “erməni soyqrımı” ilə bağlı qətnamənin qəbulu Xarici İşlər Komitəsində böyük demokrat Robert Menendez tərəfindən təklif edilmiş, Türkiyə isə buna sərt reaksia vermişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu