QHT Şurası 18 dövlət orqanı və digər qurumlarla birgə müsabiqə elan etdi




Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri elan edir.



Müsabiqə aşağıdakı dövlət orqanları ilə birgə həyata keçiriləcək:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

4. Azərbaycan Respublikası Təhsil Nazirliyi

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

7. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

9. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi

10. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

11. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

12. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

13. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

14. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron

Hökumətin İnkişafı Mərkəzi

15. İctimai Televiziya və Radio Yayımları Şirkəti

16. Bakı Nəqliyyat Agentliyi

17. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

18. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi

Qeyd:

• Qrant müsabiqəsi 20 noyabr–16 dekabr 2019-cu il tarixlərini əhatə edir.

• Hər QHT ixtisaslaşdığı mövzu üzrə yalnız bir qrant müsabiqəsində iştirak edə bilər.

• QHT-lər layihələrini Şuranın www.selis.az saytının “E-ərizə” bölməsi vasitəsilə təqdim edə bilər.

• Qrant müsabiqələri elanının mətni Şuranın www.cssn.gov.az, www.selis.az və www.qhtxeber.az saytlarında yerləşdirilib.

• Şura 2020-ci ildə digər qurumlarla da birgə qrant müsabiqələri keçirməyi nəzərdə tutur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu