“Nar”ın son yenilikləri “BakuTel-2019” sərgisində!




“Nar” ən son yeniliklərin və texnoloji nailiyyətlərin nümayiş olunduğu 25-ci “BakuTel-2019” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində iştirak edəcək. Dekabrın 3-6-da keçiriləcək sərgidə yenilənmiş “Nar” stendinə yaxınlaşan ziyarətçilər həm mobil operatorun məhsulları ilə tanış ola biləcək, həm müxtəlif hədiyyələr qazanacaq, həm də əyləncəli müsabiqələrdə iştirak edə biləcəklər.



Qeyd edək ki, dörd gün davam edəcək sərgidə “Nar” hesabı daha asan idarə etmək, nömrəni hər zaman nəzarət altında saxlamaq, bütün xidmət və məhsullardan xəbərdar olmaq imkanı verən “Nar+” tətbiqini, “WhatsApp”-da pulsuz yazışma, sərfəli zəng və internet təklifi ilə səyahətsevərlərin istirahətini daha zövqedici edən “Rominq” paketlərini, həm internetdən, həm də sosial şəbəkələrdən çox istifadə edənlər üçün ikiqat internetdən yararlanmaq imkanı verən “CavanNar” tarifini abunəçilərinə təqdim edəcək. Ziyarətçilər eyni zamanda virtual reallıq oyunu vasitəsilə “Nar” şəbəkəsini test və 4G sürətini hiss edə biləcəklər.

Bundan başqa, mobil operatorun stendində əyləncəli yarışlar, müsabiqələr, maraqlı oyunlar da keçiriləcək. Sərginin keçiriləcəyi 4 gün ərzində “Nar” stendinə yaxınlaşan insanlar müxtəlif hədiyyələr əldə etməklə yanaşı, müsabiqədə iştirak edib müasir smartfon qazana biləcəklər.

Mobil operator hər kəsi 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 25-ci “BakuTel-2019” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisindəki “Nar” stendinə dəvət edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu