Ziya Məmmədovun DİN-də çalışan qardaşı oğlu təqaüdə göndərildi




Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.



AFN-in report-a istinadən məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi, polis polkovniki Fuad Məmmədli vəzifəsindən azad edilib. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, F.Məmmədli xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq, təqaüdə göndərilib. DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib. F.Məmmədlinin yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, F.Məmmədli sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlududur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu