İsmayıl Şıxlının yaradıcılığına həsr olunmuş Beynəlxalq Konfransın açılışı olub




Bu gün Bakı Avrasiya Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş Beynəlxalq Konfransın açılışı olub.



Açılışda çıxış edən universitetin rektoru,professor Nazim Hüseynli konfransın işinə uğurlar arzulayıb. O cümlədən konfransa qatılan İsmayıl Şıxlının oğlu Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı belə bir konfransın təşkilinə görə universitet rəhbərliyinə və təşkilat komitəsinə təşəkkürünü bildirib. Daha sonra akademik Muxtar İmanov, akademik Möhsün Nağısoylu konfransın işinə uğurlar arzulayaraq İsmayıl Şıxlı yaradıcılığını Azərbaycan ədbiyyatının parlaq səhifələrindən biri olduğunu ifadə ediblər. Daha sonra qonaqlara konfransda iştiraklarına görə Təşkilat Komitəsi adından universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova öz təşəkkürünü bildirib.
Konfransa qardaş Türkiyə respublikasından da elm və bilim adamları qatılıb. Məlumat üçün qeyd edək ki, konfrans 2 gün davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu