Oqtay Əsədov haqqında yazılanlar təkzib olundu




Milli Məclisin sədri Oqtay Əsədov haqqında yayılan informasiyalarla bağlı təkzib məlumatı yayıb.



AFN həmin məlumatı təqdim edir:

Son vaxtlar bir sıra Kütləvi İnformasiya Vasitələrində Milli Məclisin Sədri Oqtay Əsədovla bağlı həqiqətə uyğun olmayan məlumat dərc olunmuşdur.

Yazıda bildirilir ki, guya parlament Sədrinin “qardaşı oğlu Cavid Əsədovun sahibi olduğu “Araş Medical Company” MMC son 9 il ərzində 250 milyon manatdan artıq dövlət satınalması əldə edib. Bu satınalmaların əksəriyyəti Səhiyyə Nazirliyindən olub”.

Parlamentin Mətbuat xidməti qəti şəkildə bildirir ki, Milli Məclisin Sədri Oqtay Əsədovun Cavid Əsədov adlı nə qardaşı oğlu, nə bacısı oğlu, nə də tanışı var. Milli Məclis Sədrinin “Araş Medical Company” MMC ilə heç bir əlaqəsi yoxdur. Heç bir əsası olmayan, uydurma faktlara söykənmiş belə informasiyaların yayılması ancaq acı təəssüf hissi doğurur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu