“Evsiz Jurnalistlər Birliyi"nin üzvləri İlham Əliyevə müraciət etdilər
Müxtəlif media qurumlarında çalışan və müstəqil fəaliyyət göstərən 34 jurnalist ev problemi ilə bağlı prezidentə məktub ünvanlayıb.
AFN-in məlumatına görə, təşkilatın rəhbəri Könül Cəfərli bildirib ki, birlik üzvlərinin heç birinin Bakıda mənzili yoxdur: “Əksəriyyətimiz kirayə, digərləri isə tanışın, qohumun evində yaşayır. Ən böyük sosial problemimiz evimizin olmamağı ilə bağlıdır. Uzun illər bu çətinliyi aradan qaldırmağa çalışsaq da, ailəmizi mənzillə təmin edə bilməmişik. Ehtiyacımız olduğu halda jurnalistlər üçün inşa edilən 2 yaşayış binasından bizə ev verilmədi. Ümidimiz tikilməkdə olan üçüncü binayadır. Odur ki, bu dəfə özümüz müstəqil birlik yaradıb, ehtiyacımızla bağlı prezidentə müraciət etməyi qərara aldıq”.
K.Cəfərli qeyd edib ki, hazırda “Evsiz Jurnalistlər Birliyi”nin 34 üzvü var: “Mediada xidmətimizi və evsiz olmağımızı nəzərə alaraq, cənab prezidentin bizim birliyin üzvlərinin də ev probleminin həllinə kömək edəcəyinə ümidimiz var”.
Prezidentə müraciət edən EJB üzvlərinin siyahısı:
1.Amoyev Rövşən Vəzir oğlu – “Xezerinfo.az” saytının baş redaktoru, “Aqrolizinq" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi
2.Ağayev Şahin Aydın oğlu –“ Dia.az ” saytının baş redaktorunun müavini
3. Balayev Səlim Loğman oğlu- "Yeniavropa.az" saytının baş redaktoru
4.Vəkilova Fərqanə Allahverdi qızı- müstəqil jurnalist
5.Vəliyeva İlahə Xaləddin qızı -APA TV-nin müxbiri
6.Cəfərli Könül Mustafa qızı - “Evsiz Jurnalistlər Birliyi”nin rəhbəri, müstəqil jurnalist
7.Cəlilov Təbriz (Məhərrəmoğlu) Məhərrəm oğlu- “ Yenigundem.az” saytının baş redaktoru
8.Feyzullayeva Günel Habil qızı –AZTV –nin müxbiri
9.Fərzəliyev Emin Yaqub oğlu- "Busaat" saytının rəhbəri
10.Gülümov Ruzbeh Məmməd (Ruzbeh Məmməd) -"Həftə içi" qəzetinin müxbiri)
11.Həsənqızı Ülviyyə (Həsənqızı) Həsən qızı –“Open.az” saytının müxbiri
12.Həsənov Vüqar Hüseynəli oglu – “RİA Novosti” agentliyinin Azərbaycan müxbiri
13.Həmidi Sevinc (Vaqifqızı) Vaqif qızı- APATV-nin xüsusi müxbiri,aparıcısı
14. Hətəmxanova Cəmilə Səttar qizi-müstəqil jurnalist
15.Hətəmov Vüsal Nizami oğlu- “Birlik.az” və “Xeberlent.az” saytlarının rəhbəri
16.Hüseynov Şəhriyar Gündüz oğlu – “Milliyyet.az” saytının baş redaktoru
17.Qafarova Həbibə (Abdulla) Sakit qızı- “ AFN. az” saytının redaktoru
18.Qənbərova Kəmalə Həsənəli qızı –müstəqil jurnalist
19.Qarayeva Günel Cabir qızı –müxbir
20.Qəni Odər Sahib oğlu – “Kommersant.az” saytının redaktoru
21.Məcidov Həmidağa Fərhad oğlu -APA TV-nin müxbiri
22.Məmmədov Şirəli Əli oğlu- “Anspress.com” saytında 11 il işləyib. Hazırda spinoserebellar ataksiya xəstəliyindən əziyyət çəkdiyi üçün heç bir yerdə işləyə bilmir. II qrup əlildir.
23.Məmmədova Dilşad Həşim qızı – müstəqil jurnalist
24.Niftəliyev Naib Əmrulla oğlu (Nail Cəlil) - müstəqil jurnalist
25.Nuriyeva Sevil (Gültən) Məmməd qızı-müstəqil jurnalist/tərcüməçi
26.Nəzərova Ayişə (Nəbi) Məhəmməd qızı-müstəqil jurnalist
27.Nəcəfov Rövşən Maarif oğlu -"İslahat.az" xəbər saytının baş redaktoru
28.Osmanlı Yusif Məhəmməd oğlu- “Xeberleragentliyi.com” saytının baş redaktoru
29.Rüstəmova Həmidə Nizami qızı – “Mədəniyyət” qəzetinin əməkdaşı
30.Sadıqov Ruslan Nizaməddin oğlu – “Matc.az” saytının müxbiri
31.Sətullayev Xanlar Əliheydər oğlu- “Yenilik.az” saytının rəhbəri
32.Şalbuzov Rafiq Bəykəz oğlu –13 ildən çox jurnalist fəaliyyəti olub. Müxtəlif illərdə “Xaçmaz” tele-radio şirkətində redaktor, “Yeni Müsavat”, “Paralel” qəzetlərində və “Ekspert” jurnalında müxbir işləyib. Hazırda “Ahıl jurnalistlər məclisi”nin üzvüdür, 65 yaşı var.
33.Umudlu Gülcahan (Mirməmməd) Mirqədir qızı- "Mədəniyyət" qəzetinin müxbiri
34.Zeynallı Cavid Aşur oğlu- Akademik Milli Dram Teatrının mətbuat katibi, Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsinin müdiri.