"Bu, dözülməz rəqəmdir..." - Prezident icra başçısına irad bildirdi/VİDEO




Xəbər verildiyi kimi bu gün Azərbaycan Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.



Müşavirədə pambıqçılıq sahəsi üzrə Ucar rayonunda məhsuldarlığın aşağı səviyyədə olduğunu bildirən ölkə prezidenti bunun səbəbini öyrənmək üçün Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədova sual ünvanlayıb. İcra başçısı isə öz növbəsində bildirib ki, pilot layihələr rayonda tətbiq olunub və növbəti illərdə daha yüksək məhsuldarlıq olacaq. Prezident İlham Əliyev isə növbəti illəri yox, bu il nəyə görə məhsuldarlığın aşağı səviyyədə olduğunu soruşduğunu söyləyib. İcra başçısının cavabından narazı qalan dövlət başçısı Mənsur Məmmədova irad bildirərək buna fikir verməli olduğunu diqqətə çatdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu