"İcra başçısı yataqxanada yaşayır" - İH-dən blogerin "sərvət siyahı"sına belə cavab verildi




İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev barəsində yayılan məlumatlara münasibət bildirib.



İH-dən bildirilib ki, məlumatların heç biri həqiqətə uyğun deyil.

"Vilyam Hacıyevin mülk və digər adları çəkilən ölkələrdə heç bir biznesi və əmlakı yoxdur. Hətta o, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır. Həbib Müntəzirdən bu sadaladıqlarını faktlarla göstərməsini tələb edirik, əks halda onun haqqında hüquq-mühafizə orqanlarına və məhkəməyə kəskin şikayətimizi bildirəcəyik", - deyə açıqlamada qeyd olunur.

Qeyd edək ki, Almaniyada yaşayan bloger Həbib Müntəzir feysbukda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin sərvəti olmasına dair siyahı paylaşıb. O, icra başçısının Bakıda, Gəncədə, Qazaxıstanda Dubayda milyonluq biznesinin olduğunu iddia edib.

Həmin yazını da olduğu kimi təqdim edirik:

"15 ildən çoxdur icrabaşı 62 yaşlı Vilyam Hacıyev, 7 ildir İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi oğlu olan Vilyam müəllim, Bəylər Əyyubovun kurasiyasındadır.

Onun mənə bəlli olan varidatını paylaşıram və DTX-dan həbsini tələb edirəm. Əziyyət çəkib gizli kamera, əməliyyat zad lazım deyil, heç kimin etmədiyi yaxşılığı edirəm. Siz də paylaşın, dostlar, yayılsın və tədbir görülsün:

▪️ Bakıda, Həsən Əliyev küçəsində villa

▪️ Bakı, "Sahil" metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil

▪️ Bakı, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzil

▪️ Bakı, Teymur Əliyev küç. "Milyonerlər məhəlləsi"ndə qiyməti 25 milyon manat civarında olan villa

▪️ İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzil

▪️ Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil

▪️ Dubayda milyonluq biznesi

▪️ Qazaxıstanda tikinti biznesi

▪️ İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur.

Oğlu Məhəmməd Hacıyev Nərimanov Rayon Prokurorluğunun əməkdaşı olub. Hüquqşünas oğul mətbuatda dəfələrlə qalmaqal yaradan, davakar kimi məşhurlaşıb. Məhəmməd Hacıyevin avtomobil kolleksiyası:

▪️ 10-PP-369 dövlət nömrə nişanlı "Bentley"

▪️ Eyni nömrə nişanlı "Land Rover"

▪️ 90-AA-369 dövlət nömrə nişanlı "Mercedes S class"

▪️ Həmçinin son model "Mercedes Gelandewagen"

Vilyam müəllim Samuxda icrabaşı olarkən el arasında "Moşu kişinin çayxanası" kimi tanınan obyekti bir az təmir etdirib... (Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu