Azər Süleymanov Prezidenti təbrik edib




Gürcüstan Parlamentinin deputatı Azər Suleymanov Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. AFN-in məlumatına görə, təbrikdə deyilir:



Möhtərəm İlham Heydər oğlu!
Azərbaycan-Gürcüstan arasındakı bütün sahələri əhatə edən strateji tərəfdaşlıq Ulu Öndərimizdən gələn siyasi-iqtisadi və mədəni əlaqələrimizin davamı kimi, Sizin yürütdüyünüz qardaşlıq və dostluq, yaxın qonşuluq siyasəti sayəsində soydaşlarımızın bugünkü həyatında mühüm dəyişiliklərə səbəb olmuşdur.
Əminliklə ifadə edib deyə bilərəm ki, Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında qazandığı uğurlarına görə, Qafqazın ən nüfuzlu lider dövlətinə çevrilib. İki qonşu dövlət arasında əldə edilmiş böyük layihələr, geriyə dönüşü olmayan razılaşmalar bundan sonra da ölkələrimizin və Azərbaycan - Gürcü xalqlarının mənafeyi naminə Sizin qətiyyətinizə dayanaraq, dostluq münasibətlərinin durmadan möhkəmlənməsinin etibarlı əsası olacaqdır.
Hörmətli cənab Prezident, öncə Sizi Gürcüstanda yaşayan soydaşlarımız adından doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş dualarımızı çatdırıram. Həmçinin, qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də Sizə və Ailənizə möhkəm cansağlığı, cəmi niyyət və istəklərinizin çin olmasını arzulayıram.
İnanırıq ki, yaxın zamanda Siz Azərbaycanımızın ərazi bütövlüyünü bərqərar edəcək, xalqımıza əbədi sülh, əmin-amanlıq və firavanlıq gətirəcəksiniz.
Hörmətlə: Gürcüstan Parlamentinin deputatı Azər Suleymanov.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu