Şirvanda məmur həbs edilib – Hədəfdəki adam Mərdan Camalovdur?
Dünən Şirvan şəhər İcra Hakimiyyətinin Kommunal Təsərrüfati İdarəsinin rəisi Aqil Vəliyev saxlanılıb...
Bu barədə Şirvandan daxil olan məlumatda bildirilir ki, dünən Aqil Vəliyev evindən aparılıb. Təqribən 10 gün əvvəl də Aqil Vəliyevin korrupsiya ittihamı ilə həbs olunduğu qeyd olunur.
Aldığımız məlumata görə təqribən 10 gün əvvəl Şirvan şəhər İcra Hakimiyyətinin Kommunal Təsərrüfati İdarəsinin rəisi Aqil Vəliyev iş otağında saxlanılıb və ondan 300-dən artıq plastik kart götürülüb. İdarə müdiri Bakıya aparılıb, lakin bir gün sonra işinin başına qayıdıb.
Mənbə bildirir ki, Aqil Vəliyevin həbsdən azad olunmasında Şirvanının keçmiş başçısı Mərdan Camalovun rolu olub. Açılan cinayət işi birbaşa Mərdan Camalova qarşı yönələ biləcəyi ehtimalı üzərindən hərəkətə keçən Camalov Aqil Vəliyevin azad olunmasına nail ola bilib. Lakin dünən yenidən Şirvan şəhər İcra Hakimiyyətinin Kommunal Təsərrüfati İdarəsinin rəisi Aqil Vəliyev saxlanılıb və Bakıya aparılıb.
Daxil olan məlumatda qeyd olunur ki, Şirvanda korrupsiya həbslərinin davam etməsi gözlənilir. Çünki yeni təyin olunmuş icra başçısı korrupsiyaya qarşı mübarizə başladıb və bu prosseslər çərçivəsində bir idarə və t\şkilat rəhbərlərinin istintintaqa cəlb edilməsi istisna olunmur. (PİA.az)