Xəzərin çirklənməsinin qarşısının alınması ilə bağlı müzakirələr aparılıb




Xəzər dənizinin çirklənməsinin qarşısının alınması məqsədilə maraqlı və məsul tərəflərin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti görüş keçirilib.



AFN xəbər verir ki, “Azərsu” ASC, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, “Azersun Holding” MMC, SOCAR, Azərkimya İstehsalat Birliyi, Beynəlxalq Dəniz Ticarət Limanı, BP şirkəti, “Metanol” MMC, “AzGerneft” MMC, Neft Emalı Zavodu, “Azər Yod” MMC və s. idarə, müəssisə və şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Xəzər dənizinin ekoloji mühitinə mənfi təsirlərin azaldılmasına birgə nail olunması, müasir texnoloji yeniliklərin tətbiqi istiqamətində müzakirələr aparılıb.

ETSN-nin ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov jurnalistlərə açıqlamasında bildirib ki, müzakirələrdə nazirliyin mütəxəssisləri tərəfindən Xəzərin çirklənməsinin qarşısının alınması yolları göstərilib, tətbiq olunan müasir texnologiyalar nümayiş etdirilib.

"Müasir tələblərə cavab verən təmizləyici qurğuların tətbiqi olmadan çirklənmənin qarşısının alınmasının mümkünsüzlüyü diqqətə çatdırılıb. Eyni zamanda, Xəzərin ekomühitinin mühafizəsi üçün qarşılıqlı əməkdaşlığın qurulmasında, müəssisə və təşkilatların üzləşdikləri çətinliklərin aradan qaldırılmasında Nazirliyin maraqlı olduğu qeyd edilib."

Nazirlik rəsmisinin sözlərinə görə, Xəzəri çirkləndirən obyekt, müəssisə və şirkətlərə fəaliyyətlərini qanunvericilik prinsipləri əsasında qurmaları üçün bir daha təkliflər və tövsiyələr verilib. Sonra görüş iştirakçılarının çıxışları, müraciətləri, təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu