Daha bir YPX əməkdaşının videogörüntüləri yayılıb - VİDEO




Sosial şəbəkələrdə daha bir Yol Patrul Xidməti (YPX) əməkdaşının vətəndaşdan rüşvət aldığı iddia edilən videogörüntüləri yayılıb. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin videogörüntülərə baxış keçirilir və araşdırma aparılır.



"Araşdırmanın sonunda fakta hüquqi qiymət veriləcək", - idarədən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə YPX əməkdaşının yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılıb. Videogörüntünün Masallıda yerləşən yeni DYP postunda çəkildiyi, rüşvət alan polisin isə Vüqar Mehtiyev olduğu qeyd edilib.

Belə ki, görüntülərdə YPX əməkdaşının yük maşınlarının sürücülərinin hər birindən "postun pulu" adı ilə 10 manat istədiyi əks olunub. Sürücü isə 15 manatı olduqlarını desə də inspektor "qaydanın belə olduğunu" əsas gətirərək pulu qəbul etmir.

Həmçinin yolun magistral olduğunu bildirərək icazə olmadılğını deyir. Pul verilməyəcəyi təqdirdə isə yük maşınlarının tərəziyə çıxarılaraq əlavə yükün boşaldılacağını qeyd edir.

Xatırladaq ki, ötən gün də sosial şəbəkələrdə YPX əməkdaşının vətəndaşdan rüşvət aldığı iddia edilən videogörüntülər yayılıb. Görüntülərdə 99-YP-866 nömrəli YPX avtmobili ilə xidmət aparan polis əməkdaşının Bakı-Ələt-Qazax yolunda "Toyota" markalı avtbobilin sürücüsünü saxladığı, söhbət zamanı sürücünün cibindən nəsə çıxararaq polis əməkdaşının cibinə qoyduğu müşahidə edilir. Bundan sonra sürücü YPX əməkdaşı ilə əl görüşərək uzaqlaşır.

Həmin videogörüntü ilə bağlı da BDYPİ-də araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu