İranda matəm elan edildi




İran hökuməti təyyarə qəzası qurbanlarının və Qasım Süleymaninin dəfn mərasimində ölənlərin xatirəsinə yanvarın 9-nu ölkədə matəm elan edib.



“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hökumət rəsmisi Əli Rəbieyi bildirib.

Xatırladaq ki, yanvarın 8-də İmam Xomeyni adına hava limanında Tehrandan Kiyevə uçan Ukraynanın “Boeing -737” təyyarəsinin düşməsi nəticəsində 167 nəfər sərnişin, 9 ekipaj üzvü həlak olub.

Süleymaninin dəfn mərasimində isə 78 nəfər dünyasını dəyişib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu