Dünya Bankı neftin qiymətiylə bağlı proqnozunu açıqladı




Dünya Bankının (DB) mütəxəssisləri 2020-2021-ci illərdə orta neft qiymətinin "bir qədər azalacağını" bildirib.



Qaynarinfo xəbər verir ki, bu proqnoz təşkilatın yanvar hesabatında yer alıb.

Eyni zamanda, DB-nin gözləntilərinə əsasən, "ABŞ-da yeni boru kəmərləri inşa edildikdən sonra neft hasilatı artmağa davam edəcək", - TASS xəbər verir.
Xatırladaq ki, cümə axşamı səhər, "qara qızıl"ın etalon markalarının qiyməti bir gün əvvəl kəskin düşmədən sonra - 4%-dən çox - artmağa başlayıb.

Beləliklə, Bakı vaxtı ilə 07:13-ə olan məlumata görə, Şimal Dəniz Brent markalı neft qarışığının mart fyuçersləri bir barel üçün 0,46 dollar artaraq 65,9 dollara, Qərbi Texas WTI markalı fevral fyuçersləri isə 0,51 dollar artaraq 60,12 dollar/barelə satılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu