Badamdardakı sürüşmənin səbəbi açıqlandı




"Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində aktivlik davam edir".



Virtualaz.org bildirir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin ekspedisiya rəisi Əziz Qaralov deyib.

O bildirib ki, ilkin araşdırmaların nəticələrinə görə, sürüşmənin məişət sularının torpağa axıdılması və atmosfer çöküntülərinin təsiri nəticəsində torpaq kütləsinin ağırlaşması səbəbindən baş verdiyi ehtimal olunur.

Araşdırma və müşahidələr davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu