Pakistan səfirliyi: "Pakistanla Ermənistan arasında heç bir əlaqədən söz gedə bilməz"




Bu gün bəzi mətbuat orqanlarında Pakistanın Ermənistanı dövlət olaraq tanımağa və Ermənistanla diplomatik münasibətlər qurmağa hazırlaşması barədə iddialar irəli sürülüb. İddialarla bağlı Pakistan Respublikasının ölkəmizdəki səfirliyinin hərbi attaşesi Nadim Yaqub Çaudri açıqlama verib.



"Biz Pakistan dövləti olaraq Ermənistanı bir dövlət kimi tanımırıq və belə təxmin edirik ki, bu sadəcə iki qardaş ölkə arasında nifaq salmaq üçün bəzi müxalif qüvvələrin quraşdırdığı bir şaiyədir."

Səfirliyin rəsmisi, həmçinin bunların erməni diasporalarının bir planı olduğunu vurğulayıb.

"Digər aspektdən yanaşsaq qeyd edə bilərəm ki, bütün bunlar Ermənistanın Amerika və dünyanın digər yerlərində fəaliyyətdə olan diaspora təşkilatlarının işidir. Onlar hər vəchlə çalışırlar iki ittifaq ölkələri parçalasınlar, çünki xüsusilə Pakistanın onları bir dövlət olaraq tanımaması onları çox məyus edir." (Eurasia Diary)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu