Dünən itdiyi deyilən Mədinə Məmmədova tapılıb - (YENİLƏNİB)




Yanvarın 12-də müəmmalı surətdə itdiyi bildirilən 14 yaşlı Mədinə Məmmədova tapılıb.



Bu barədə AFN-ə M.Məmmədovanın əmisi Təzəxan Məmmədov məlumat verib. O bildirib ki, qardaşı qızı hazırda polisdə izahat verir. "Hələ ki, məsələnin mahiyyəti bizə də məlum deyil, çıxsın öyrənəcəyik" - deyə T.Məmmədov qeyd edib.

***

Bakı şəhəri Nizami rayonu, Çobanzadə küçəsi bina 71, mənzil 86-da yaşayan 14 yaşlı Məmmədova Mədinə Camal qızı bu gün səhər saatlarından itib.



Bu barədə AFN-ə Mədinənin əmisi Məmmədov Təzəxan məlumat verib. Onun sözlərinə görə, qardaşının bir oğlu, bir qızı var və onlar anaları ilə qeyd edilən ünvanda yaşayırlar: "Qardaşım özü Rusiyada yaşayır. Bu gün səhər anası işə gedib, qardaşı yatırmış, durub görüb bacısı yoxdur. Qardaşım qızı telefon işlətmirdi, heç bir sosial şəbəkədən istifadə etmirdi. Çox müəmmalı surətdə yoxa çıxıb Mədinə. 102-yə zəng edib məlumat verdik. Gəldilər izahat aldılar getdilər. Səhər tezdən bura bir dəfə maraqlanmayıblar. Binanın sağında da solunda da TŞK var. Baxırlar ya yox, bizə heç nə demirlər. Polis deyir ki, bir şey olsa deyəcəyik. Nə olacaq? Uşaq özü bölməyə gələcək? Mədinənin qardaşı deyir həyətdə təxminən 40 yaşlarında kimsə oturub bunları güdürmüş. Amma bizim heç kimdən şübhəmiz yoxdur".

24-cü Polis Bölməsinin növbətçisi Zaur Məmmədov AFN-ə bildirdi ki, baş vermiş hadisə ilə bağlı ailənin ərizəsi qəbul edilib və hazırda axtarış əməliyyatları aparılır: "Bakı üzrə bütün aidiyyatı qurumlara məlumat verilib. Kameralara da baxılıb, baxış davam edir. Bir məlumat olan kimi ailəyə xəbər veriləcək".





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu