Əmanətlərə yeni təhlükə: martın 4-ündən sonra...




“Əmanətlərin tam sığortalanması sistemi 2016-cı ilin martından tətbiq olunur. Amma müflisləşən bankların əksəriyyəti ondan əvvəl müflisləşib. Ona görə də əhalinin onlarda xeyli pulları qalıb”.



Bunu AFN-ə açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib: “Amma təbii ki, bu gün fəaliyyətdə olan banklarda vətəndaşların əmanətlərinin mütləq əksəriyyətinin tam sığortası var. Ona görə də hesab edirəm ki, əgər bu gün hansısa bank bağlansa, problem olmamalıdır. Sadəcə başqa problem var: “Əmanətlərin sığortalanması haqqında” qanun bu il martın 4-də qüvvədən düşəcək. O qanunun müddəti uzadılmasa 4 martdan sonra hansısa bank bağlansa oradakı əmanətlər tam sığortalanmamış hesab ediləcək və əmanətçilərə cəmi 30 minə qədər vəsait qaytarılacaq. Qanunu da bilirsiniz ki, Milli Məclis qəbul edir, o da yoxdur. Əgər 9 fevral seçkilərindən sonra parlament tez toplaşıb qanunu qəbul etsə və prezident də tez təsdiqləsə onda problem olmayacaq. İndiki halda isə ciddi problem yarana bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu