Yeniyetmənin sərxoş şəxs tərəfindən döyülməsi ilə bağlı iş nəzarətə götürüldü - BŞBPİ-dən açıqlama




Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi Bağ massivində yaşayan C.S-nın anası İ.R-nın şikayətilə bağlı məsələ rəhbərliyin nəzarətindədir, müvafiq göstərişlər verilib.



Bu barədə AFN-nin sorğusuna cavab olaraq Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən bildirilib ki, hazırda fatktla bağlı Suraxanı RPİ-də araşdırmalar aparılır.

Qeyd edək ki, qızının 18.12.2019-cu ildə sərxoş halda olan Alxanov Nazim Vəli oğlu tərəfindən səbəbsiz olaraq döyüldüyünü, bu əməli törədən Alxanov Nazim Vəli oğlunun 30-cu polis bölməsinə təhvil verildiyini, lakin həmin şəxsin sərbəst buraxıldığını deyən valideyn onun barəsində cinayət işinin başlanmasını tələb edirdi. R.İ. xüsusilə 30-cu PŞ-nin təhqiqatçısı, polis mayoru Vaqif Əliyevin işinə peşəkar yanaşmamasından şikayətçi olduğunu bildirmişdi. Valideyn və zərərçəkən Suraxanı Rayon Polis İdarəsinin rəisi Namiq Həsənov tərəfindən qəbul edilib. Onlara bildirilib ki, Alxanov Nazim Vəli oğlu barəsində cinayət işinin başlanması ilə bağlı tələbin rədd edilməsi haqda 30-cu polis şöbəsinin təhqiqatçısı, polis mayoru Vaqif Əliyevin çıxardığı qərar ləğv ediləcək və Alxanov Nazim Vəli oğlunun saxlanması təmin olunacaq.

R.İ. AFN-ə açıqlamasında bildirib ki, dünən (yanvarın 14-də-red.) Suraxanı RPİ rəisi, polis polkovniki Namiq Həsənovun qəbulunda olub. İdarə rəisi onu qəbul edərək, diqqətlə dinləyib, onları narahat edən məsələnin yenidən araşdırılması ilə bağlı göstərişlər verib: "Artıq bizə məlumat verilib ki, şübhəli şəxsin axtarışlarına başlanılıb".

Vətəndaş ona göstərilən diqqətdən məmnunluğunu ifadə edərək qeyd edib ki, onun övladına qarşı törədilən ictimai təhlükəli əməlin polisin səyi nəticəsində cavabsız qalmayacağına, bu əməli törədən şəxsin müəyyən olunaraq cəzalandırılacağına inanır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu