I vitse-prezident: "20 yanvar tarixə ən faciəli günlərdən biri kimi daxil olub"




Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edib.



Paylaşımda deyilir: "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub. 30 il bundan əvvəl xalqımızın qəhrəman oğul və qızları azadlıq və Vətənimizin istiqlaliyyəti uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Ümumxalq Hüzn Günündə 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu