Kirayə veriləcək mənzillərin qiymətləri aşağı salınmalıdır - ŞƏRH




"Bir mənzilin qiyməti orta hesabla 321 manatdan yüksək olmamalıdır".



Bu sözləri iqtisadçı alim Qubad İbadoğlu kirayə veriləcək sosial mənzillərin aylıq qiymətinin baha olmasını şərh edərkən deyib.

Qubad İbadoğlu bildirib ki, kirayə evlər konsepsiyası sosial rifah dövlətlərinin təcrübəsində özünü doğruldub:
"Bunun Azərbaycana gətirilməsi təqdir olunsa da tətbiqi ilə əlaqədar hazırlanan mexanizmlər gerçək tələblərlə uzlaşmır və işlək deyildir. Bu konsepsiyanın əsas hədəfi gənclərə qapı açmaq, onları mənzil probleminin həllinə yardım etməkdir. Belə olan halda təklif olunan mexanizm yalnız elitar əmək haqqı alanların mənzillərə çıxışını təmin etməyə yönəlib. Hesab edirəm ki, kirayə haqqı ölkə üzrə orta aylıq əmək haqqı, yaşayış minimumun dəyəri və ev təsərrüfatlarının ölçüsü əsasında müəyyənləşdirilməlidir. Hazırkı hesablamalarla kirayə evlərin orta aylıq ödənişləri 321 manatdan (723 - (2x 201)) yüksək olmalıdır. Odur ki, təklif edirəm ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərin qiymətlərinə yenidən baxsın, onun aşağı salınması ilə əlçatanlığının yüksəldilməsinə nail olsun".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu