Deputatlığa namizədlərin sayı açıqlandı
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.
MSK sədri deyib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib:
"Onlardan 2247 nəfər imza vərəqələrini artıq götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1447 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.
********************************************************************************
VPS hosting yüksək texniki göstəricilər və rahat istifadə axtaranlar üçün ideal seçimdir. Hostimul şirkəti fərqli ehtiyaclara cavab verən etibarlı vps hostinq paketləri təklif edir. Fərqli disk həcmi, RAM və sürət parametrlərinə malik paketlər arasından seçim etmək üçün daxil olun.
Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/cloud-vps-hosting/