Nərmin Quliyevanı qətlə yetirən şəxsə qarşı yeni ittiham irəli sürülüb




Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun barəsində yeni ittiham irəli sürülüb.



AFN "Report”a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə də ittiham olunur.

Bundan əvvəl İ.Süleymanov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılmışdı.

İ.Süleymanov Tovuz Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Sabunçu Rayon Məhkəməsinin inzibati binasında onun şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

Xatırladaq ki, İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu