Türkiyə Prezidenti zəlzələ bölgəsinə səfər edib




Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığa səfər edib.

BAKU.WS-in məlumatına görə, Türkiyə Prezidenti zəlzələnin baş verdiyi bölgədə vəziyyətlə tanış olacaq.

Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu