Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyyə edildi




Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən AFN.AZ-a verilən məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin mətbəxində kombi aparatı yanıb.
Yanğın zamanı 2-si azyaşlı olmaqla 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib.

Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu