Çindən 4 azərbaycanlı tələbə Bakıya gətirildi - Nəzarətə götürüldülər + VİDEO
Ötən gün 4 azərbaycanlı tələbə Çindən ölkəyə gətirilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, həmin tələbələr qapalı tibb müəssisəsinə aparılıb.
Tələbələrin digər insanlarla ünsiyyətdə olmaması üçün Dövlət Sərhəd Xidməti (DSX) və Gömrük Komitəsinin xüsusi ayırdığı keçiddən keçiblər:
"Tələbələrdə hər hansı bir xəstəlik əlamətləri aşkar edilməyib. Bu barədə onların valideynlərinə məlumat verilib”.
Nazirliyin məlumatında qeyd edilib ki, tələbələrin yerləşdirildiyi tibb müəssisəsində onlar üçün hər cür şərait yaradılıb.
“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun inkubasiya müddətini 14 gün təyin edib. Koronavirus 14 gün ərzində özünü biruzə verə bilər. Əgər 14 gün ərzində tələbələrin səhhətində hər hansı dəyişiklik olmasa, evlərinə yola salınacaqlar”.
********************************************************************************
Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/hostinq-almaq