“Connect” balansında pul olan minlərlə abonentin internetini qəfil kəsdi: XƏBƏRDARLIQ ETMƏDƏN




Bu gün gecə saatlarından etibarən “Connect” şirkətinin abonentləri ciddi problemlə üzləşib.



Belə ki, internet ümumiyyətlə, işləməyib və səbəbləri barədə abonentlərə heç bir məlumat verilməyib. Abonentlər ancaq internetin verilməməsinin səbəbini şirkətin ofislərinə şəxsən getdikdə öyrənə biliblər.

Məlum olub ki, “Connect” şirkəti aylıq ödəniş sistemini müştərilərə xəbərdarlıq etmədən dəyişib.

Yeni qaydaya görə, ödəniş hər ayn 1-də aparılmalıdır. Müqavilə tarixləri fərqli olan abonentlərə bu barədə heç bir xəbərdarlıq edilmədiyindən, balansında qalan vəsaitin məbləğindən asılı olmayaraq ucdantutma əksər müştərilərin interneti kəsilib.

Bu barədə narazı abonentlər ancaq şirkətin ofisinə getdikdə xəbər tutublar. Şirkət əməkdaşları sistem dəyişikliyi barədə abonentlərə telefon, SMS, yaxud “WhatsApp” vasitəsilə xəbər verməyi “laz;m bilməyib”. Abonentlər 159 müştəri xidmətinə müraciəti də nəticəsiz qalıb. Çünki uzun müddət xətdə növbə gözləmək lazım gəlib. Şirkət özü bunu müraciət sayının çox olmasıyla əlaqələndirib. Göründüyü kimi, şirkət abonentlərinə haqsız problem yaratdığının fərqində olsa da, bu barədə məlumatlandırmağı da artıq hesab edib. Əsas kimi isə yeni sistemlə bağlı şirkətin saytında məlumat yerləşdirildiyini göstərib. Ancaq ödəniş sistemindəki dəyişiklik zamanı şirkət abonentlərin rəyini öyrənməyi, müqavilə şərtlərinə dəyişikliklə razı olub- olmadıqlarını soruşmağı “məsləhət görməyib”. Başqa sözlə desək, özü qərar verib və həyata keçirib. Nəticədə minlərlə abonentin interneti xəbərdarlıq edilmədən, üstəlik balanslarında vəsait olduğu halda kəsilib.

Abonentlərdən ancaq yeni ay üçün ödəniş alındıqdan sonra internetin bərpa olunacağı bildirilib.

Bu da şirkətin fəaliyyətindən kütləvi narazılığa səbəb olub. (Cebhe.info)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu